“Liverpul” “Mançester Yunayted”i darmadağın etdi
İdman
01:38 25 okt, 2021
Son vaxtlar ideal formada olan Məhəmməd Salah oyunda het-trik edib.

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
“Qazet.az” xəbər verir ki, turun mərkəzi görüşü bu günə təsadüf edib.
“Mançester Yunayted” “Old Trafford”da əzəli rəqibi “Liverpul”u qəbul edib. Oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0.
Son vaxtlar ideal formada olan Məhəmməd Salah oyunda het-trik edib.
Qollar: Keyta, 5, Jota, 13, Salah, 38, 45+5, 50
Bu nəticədən sonra “Liverpul” 21 xalla 2-ci, “Mançester Yunayted” 14 xalla 7-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 22 xalla “Çelsi” başçılıq edir.