“Liverpul” səfərdə “Brentford”a məğlub oldu
İdman
00:37 03 yan, 2023
İngiltərə Premyer Liqasının XVI turunda “Liverpul” səfərdə “Brentford”la qarşılaşıb.
Qazet.az xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.
Hesab avtoqolla açılıb. Konate 19-cu dəqiqədə qapıları səhv salaraq “Brentford”u önə çıxarıb. 42-ci dəqiqədə Vissa fərqi iki topa çatdırıb.
50-ci dəqiqədə Oksleyd-Çemberleyn hesab arasındakı fərqi azaltsa da, Mbeumo 84-cü dəqiqədə yekun hesabı müəyyən edən qolu vurub.
Qeyd edək ki, bu nəticə ilə xallarının sayını 26-a çatdıran “Brentford” turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. 28 xalda qalan “Liverpul” isə 6-cıdır.