Bakı 26˚C Mostly cloudy

Liviya parlamenti parlament seçkilərini bir ay təxirə salıb

Siyasət 12:40 06 okt, 2021

“Səsvermənin dəqiq tarixini Ali Seçki Komissiyası təyin edəcək”

Liviya parlamenti parlament seçkilərini bir ay təxirə salıb

Liviya Nümayəndələr Palatası parlament seçkilərini bir ay təxirə salıb.

"Səsvermənin dəqiq tarixini Ali Seçki Komissiyası təyin edəcək, əvvəlcə prezident seçkilərini təşkil edilməlidir".

Qazet.az xəbər verir ki, bu sözləri Liviya Parlament sədrinin məsləhətçisi Fəthi Əl-Mərimi Tass agentliyinə açıqlamasında deyib.

Bu ilin fevral ayında İsveçrədə keçirilən Liviya Siyasi Dialoq Forumu Milli Birlik Hökumətinin yeni baş nazirini və Prezident Şurasının üç üzvünü seçib. Hər iki güc orqanı martın 15 -də and içib və bütün ölkədəki parçalanmış hakimiyyət orqanlarını birləşdirmək, həmçinin 24 dekabrda prezident və parlament seçkilərinə hazırlaşmaq üçün Tripolidə vəzifələrini icra etməyə başlayıb.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.