Liviya Prezident Şurasının sədri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Siyasət
12:04 29 may, 2022
Bu əlamətdar gündə Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram
Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Qazet.az xəbər verir ki, təbrikdə deyilir:
Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətiləSizə və dost Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gündə Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.