Bakı 5˚C Mostly cloudy

Liviyada baş verən silahlı toqquşmalarda ölənlərin sayı 32-yə çatdı - Yenilənib

Xəbərlər 21:00 28 avq, 2022
Liviyada baş verən silahlı toqquşmalarda ölənlərin sayı 32-yə çatdı - Yenilənib

Liviyanın paytaxtı Tripolidə baş verən qarşıdurmada ölənlərin sayının 32-yə çatıb.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralı sayının 159-a yüksəldiyi bildirilib.

Açıqlamada yaralılardan 102-nin xəstəxanalarda müalicəsinin davam etdiyi qeyd edilib.

Tripolidə şiddətli toqquşmalardan sonra bu gün sükut hökm sürür.

***

Liviyanın paytaxtı Tripolidə baş verən silahlı toqquşmalarda ölənlərin sayı artıb

Bu barədə Qazet.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd olunub ki, Tripolidə iki silahlı qrup arasında baş verən toqquşmalarda ölənlərin sayı 23-ə, yaralıların sayı isə 140-a çatıb.

ABŞ-ın Tripolidəki səfirliyi qeyd edir ki, paytaxtda mülki əhalinin ölümü ilə nəticələnən şiddətli toqquşmalardan dərin narahatdır.

***

Liviyanın paytaxtı Tripolidə baş verən silahlı toqquşmalarda azı 12 nəfər ölüb, 87 insan yaralanıb.

Qazet.az-ın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına grə, Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdelhamid Dbeyba ilə parlament tərəfindən seçilən Baş nazir Fəthi Başaqa bağlı qruplar arasında toqquşmalar başlayıb.

Səhər saatlarında şəhərin mərkəzində intensiv atışma olub.

Bu həftə parlament tərəfindən seçilən Baş nazir Fəthi Başaq Liviya Milli Birlik Hökumətinin rəhbərinə məktub göndərərək, ölkədə qan tökülməsinin qarşısını almaq üçün istefa verməsini tələb edib.

Öz növbəsində Dbeyba Tripolidə hakimiyyətə iddialı olan Başaqa diqqətini seçkilərdə iştiraka yönəltməyi tövsiyə edib.