Bakı 25˚C Partly sunny

Liviyada növbəti gərginlik: Hökumət binasını ələ keçirildi

Gündəm 17:43 16 dek, 2021

Liviya paytaxtının bir sıra ərazilərində elektrik enerjisinin kəsildiyi bildirilib

Liviyada növbəti gərginlik: Hökumət binasını ələ keçirildi

Silahlı şəxslər Tripolidə Milli Razılıq Hökumətinin mənzil-qərargahını və Müdafiə nazirliyinin binasını ələ keçiriblər.

Qazet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəmahiriyyə" agentliyi məlumat yayıb.

Liviya paytaxtının bir sıra ərazilərində elektrik enerjisinin kəsildiyi bildirilib.

Qeyd edək ki, Tripolidə hökumət binalarının ələ keçirilməsi Liviyada dekabrın 24-nə təyin edilmiş prezident seçkilərinə cəmi 8 gün qalmış baş verib.