Bakı 23˚C Partly sunny

"Lokomotiv" klubunun baş məşqçisi istefaya göndərilib

Gündəm 15:25 05 okt, 2021

Bu barədə serbiyalı mütəxəssisin agenti Deyan Yoksimoviç "RİA Novosti"yə açıqlamasında deyib

"Lokomotiv" klubunun baş məşqçisi istefaya göndərilib

Rusiyanın "Lokomotiv" (Moskva) futbol klubunun baş məşqçisi Marko Nikoliç istefa verib.

Qazet.az-ın məlumatına görə, bu barədə serbiyalı mütəxəssisin agenti Deyan Yoksimoviç "RİA Novosti"yə açıqlamasında deyib.

O, Nikoliçin klub rəhbərliyinin qərarı ilə vəzifəsindən ayrıldığını bildirib.

Qeyd edək ki, 42 yaşlı mütəxəssis 2020-ci ilin mayından "Lokomotiv"ə başçılıq edirdi. Paytaxt klubu onun rəhbərliyi altında 62 oyunda 29 qələbə qazanıb, 15 dəfə məğlub olub. Nikoliç ötən mövsüm komandaya Rusiya kubokunu və Premyer Liqanın bürünc medallarını qazandırıb. "Lokomotiv" cari mövsüm ölkə çempionatında 10 turdan sonra 17 xalla 4-cüdür.