London marafonunda faciəvi hadisə baş verib
Gündəm
23:03 03 okt, 2022
![London marafonunda faciəvi hadisə baş verib](https://qazet.az/resized/fit900x500/center/pages/109293/38eb7e53-8099-343b-9507-fd0484a6c0c6-850.jpg)
İngiltərənin paytaxtı Londonda keçirilən marafonda faciəvi hadisə baş verib.
Qazet.az "The Sun" nəşrinə istinadən məlumatına görə, yarış zamanı 36 yaşlı kişi idmançı dünyasını dəyişib.
Finişə 5 kilometr qalmış halı pisləşən şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, London marafonunun qalibi efiopiyalı Yalemzerf Yehualav və keniyalı Amos Kipruto olub.