Londonda Belarus səfirliyinə hücum edildi
Hadisə
11:22 22 dek, 2021
Hadisənin təcili araşdırılması tələb olunub.
Londonda Belarus səfirliyinə hücum olub.
Qazet.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Belarus XİN məlumat verib. Hücum nəticəsində binanın fasadının yararsız hala düşüb.
Diplomatlardan biri yaralanıb, onun burunu və dişi sınıb, beyin silkələnməsi diaqnozu qoyulub.
Böyük Britaniyanın müvəqqəti işlər üzrə nümayəndəsi Belarus XİN-ə çağırılıb. Hadisənin təcili araşdırılması tələb olunub.
“Minsk Avrozona diplomatik mövcudluğunu əhəmiyyətli dərəcədə azaldır, MDB və Çində çoxaldır” – Belarus rəsmisi Vladimir Mackey bildirib.