Bakı 10˚C Mostly sunny

Aşbaz köməkçisi Nusret - Londonda restoran açmağa hazırlaşan iş adamından nostalji foto

Maraqlı 17:35 23 sen, 2021

İnstaqramda 38 milyon izləyicisi olan məşhur adın paylaşımı qısa müddətdə 389 mindən çox bəyənmə aldı

Aşbaz köməkçisi Nusret <span style="color:red">- Londonda restoran açmağa hazırlaşan iş adamından nostalji foto</span>

Dünyaca məşhur iş adamı və aşbaz Nusret Gökçe Londonun mərkəzində açacağı yeni restoranın xəbərini hələ aşbaz köməkçisi işlədiyi dövrdə çəkdirdiyi şəkili sosial medya hesabında paylaşaraq verib. Gökçe paylaşımında yeni məkanının açılışı üçün izləyicilərindən dəstək istəyib.

Qazet.az xəbər verir ki, ABŞ, İspaniya, Dubay və Yunanıstanda biznesə sahib olan Nusret Londonda açılacaq yeni məkanı üçün izləyicilərindən uğur istəyib.

İnstaqramda 38 milyon izləyicisi olan məşhur adın paylaşımı qısa müddətdə 389 mindən çox bəyənmə alıb və pərəstişkarlarından dəstək şərhləri gəlib. 

38 yaşlı iş adamı Londondakı restoranın fotosunu "Uzun müddətdir gözləyirdim, amma nəhayət xəyalım çox tez açılacaq" qeydi ilə paylaşıb.