Bakı 20˚C Mostly sunny

Londonun Trafalqar meydanında Kraliça II Elizabetin heykəli ucaldılacaq

Maraqlı 09:28 18 sen, 2022
Londonun Trafalqar meydanında Kraliça II Elizabetin heykəli ucaldılacaq

Londonun mərkəzində 1940-cı illərin əvvəllərində Trafalqar meydanının künclərində quraşdırılmış dörd postamentdən birində Kraliça II Elizabetin atlı heykəli ucaldıla bilər.

Qazet.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Hazırda Britaniya Nazirlər Kabinetinin üzvləri Bukinhem Sarayının nümayəndələri ilə bu planı müzakirə edirlər.

Böyük Britaniyada 70 il 7 ayını taxtda keçirmiş II Elizabetin yalnız bir heykəli var. Abidə Londonun qərbində yerləşən Vindzor Böyük Parkının ərazisində quraşdırılıb və 20 il əvvəl Kraliçanın hakimiyyətinin 50-ci “qızıl yubileyi” münasibətilə hazırlanıb.

Ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.