Bakı 26˚C Intermittent clouds

Lui van Qal Niderland yığmasını tərk edir

İdman 06:40 10 dek, 2022
Lui van Qal Niderland yığmasını tərk edir

Lui van Qal Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Niderlandın Argentina milli komandasına uduzmasından sonra “narıncılar”ın baş məşqçisi vəzifəsini tərk edəcəyini təsdiqləyib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə 71 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Mən Niderland yığmasının baş məşqçisi işləməyi davam etdirməyəcəyəm, bu həqiqətən mənim sonuncu oyunum oldu, milli komandadakı fəaliyyətimin üçüncü dönəmi başa çatdı. Sonuncu gəlişdə komanda 20 matç keçirib və birində də (əsas vaxtda) məğlub olmayıb”, - niderlandlı çalışdırıcı qeyd edib.

Lui van Qal komandası ilə fəxr etdiyini vurğulayıb: “Komandamla fəxr edirəm, uşaqlar bütün güclərini verdilər. Bizim əzəmətli yenilməzlik seriyamız var, vurulmuş və buraxılmış topların əla fərqi var. Gözəl vaxtımız olub. İndi isə bu cür çıxmağımız inanılmazcasına acıvericidir”.