Bakı 21˚C Mostly sunny

Lüis Hemiltona cəngavər rütbəsi verilib

İdman 20:20 15 dek, 2021

36 yaşlı sürücü Vindzor qəsrindəki mərasimdə cəngavər rütbəsi alıb

Lüis Hemiltona cəngavər rütbəsi verilib

"Formula 1"də çıxış edən "Mercedes" komandasının pilotu Lüis Hemilton mükafatlandırılıb.

Qazet.az-ın məlumatına görə, 36 yaşlı sürücü Vindzor qəsrindəki mərasimdə cəngavər rütbəsi alıb.

Yeddiqat dünya çempionu noyabrda Britaniya İmperiyasının Cəngavəri adına layiq görülmüşdü.

Qeyd edək ki, Lüis Hemilton bu il çempionluq titulunu qoruya bilməyib. O, Abu-Dabi Qran-prisində “Red Bull” komandasının pilotu Maks Ferstappenə uduzub.