Bakı 9˚C Windy

Luis Suares Braziliya klubu ilə anlaşıb

İdman 09:48 25 dek, 2022
Luis Suares Braziliya klubu ilə anlaşıb

İngiltərənin "Liverpul" və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Luis Suares karyerasını Braziliyada davam etdirəcək.

Qazet.az  xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 35 yaşlı hücumçu "Qremio" ilə anlaşıb. Təcrübəli forvardın iki illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Uruqvay millisinin üzvü son olaraq ölkəsində "Nasyonal"ın formasını geyinib.