Bakı 5˚C Intermittent clouds

Lukaşenko: "Biz müharibədə iştirak edirik, amma heç kimi öldürmürük"

Gündəm 22:50 04 okt, 2022
Lukaşenko: "Biz müharibədə iştirak edirik, amma heç kimi öldürmürük"

"Biz müharibədə iştirak edirik, amma heç kimi öldürmürük..."

 

Ətraflı

 

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

"Biz rusiyalı yaralıları müalicə edirik və Ukrayna qaçqınlarını qəbul edirik..."

 

"Rusiyada səfərbərlik zamanı aşkar edilən qüsurlar bizim üçün dərs olmalıdır..."

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin "xüsusi əməliyyat"da iştirakını təsdiq edib.

Qazet.az xəbər verir ki, bu barədə Belarusun "Belta" Dövlət Agentliyi məlumat verib.

"Bizim Ukraynada xüsusi hərbi əməliyyatda iştirakımıza gəldikdə, biz orada iştirak edirik. Biz bunu gizlətmirik. Lakin biz heç kimi öldürmürük. Biz hərbçilərimizi heç yerə göndərmirik. Biz öz öhdəliklərimizi pozmuruq", - Lukaşenko hərbi təhlükəsizlik məsələləri üzrə müşavirədə bəyan edib.

Onun sözlərinə görə, bu iştirak rusiyalı yaralılarının müalicəsindən və Ukrayna qaçqınlarının qəbulundan ibarətdir.

"Bəli, biz müalicə edirik. İnsanları lazım olduqda müalicə etmişik. Biz insanları qidalandırırıq. Biz ən çox sutka ərzində bizə Ukraynadan gələn 400-500 qaçqın, kasıb, yoxsul adamları qidalandırırıq. Axı, onları necə yedirtməyəsən, müalicə etməyəsən? Bax, bizim bu hərbi əməliyyatda iştirakımız bundan ibarətdir. Başqa cür olmayıb və olmayacaq", - Lukaşenko deyib.

O, həmçinin bəyan edib ki, münaqişənin ölkəsinin ərazisinə yayılmaması üçün tədbirlər görür, həmçinin "Polşa, Litva və Latviya tərəfindən xüsusi hərbi əməliyyat adı altında" Belarusa zərbənin qarşısını almağa çalışır.

"Dediyim kimi, Belarus ərazisindən Rusiyanın kürəyinə heç kim atəş açmayacaq. Budur bizim iştirakımız", - o, vurğulayıb. 

Belarusların mümkün səfərbər edilməsi barədə şayiələri şərh edərkən, Lukaşenko əmin edib ki, buna heç bir ehtiyac yoxdur, lakin təmizlik kampaniyasından sonra hərbi komissarlıqlar "səliqəli şəkildə rayonlarda insanları çağırıb, onların mövcudluğuna baxmalı və bütün bizim materiallarımızı, siyahılarımızı və sənədlərmizi dəqiqləşdirməlidir".

"Rusiyada səfərbərlik edən kimi biz hansı çatışmazlıqların olduğunu görürük. Məsələnin mahiyyətinə varmırıq, səfərbərliyi necə həyata keçirmək Rusiyanın işidir. Lakin çağırış vərəqələrini göndərəndə, Rusiyada bəzi adamlar yerində olmayıb. Kimsə vəfat edib, kimsə qaçıb, kimsə aydın olmayan xəstədir və s. Bu, bizim üçün dərs olmalıdır", - Lukaşenko bəyan edib.

Müharibə başlayanda Belarus öz ərazisini Rusiya ordusuna verib.

Bir neçə gündən sonra Lukaşenko təsdiq edib ki, ölkənin poliqonundan Ukrayna üzərinə raketlər biraxılıb.