Lukaşenko Polşa ilə sərhədə getdi
Siyasət
16:54 26 noy, 2021
Belarus Prezidenti Polşa ilə sərhəddə gəlib
Belarus Prezidenti Aleksandr Lukaşenko miqrantların olduğu Polşa-Belarus sərhədindəki Bruzgi keçid məntəqəsindəki nəqliyyat-logistika mərkəzinə gedib.
Qazet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, Belarus və Polşa sərhədi yaxınlığında əksəriyyəti kürdlərdən ibarət miqrantlar qrupu yaradılıb. Onların sayı 2 min nəfərdən çoxdur. Miqrantlar Qrodno vilayətindəki Bruzgi keçid məntəqəsində Polşa ilə sərhədi keçməyə cəhd ediblər, lakin cəhdin qarşısı Polşa təhlükəsizlik qüvvələri tərəfindən xüsusi texnikanın köməyi ilə alınıb. Belarus hakimiyyəti miqrantların yerləşdirilməsi üçün sərhəd-keçid məntəqəsinin yaxınlığında nəqliyyat və logistika mərkəzi qurub.