Lukaşenko qanunsuz miqrasiya iddialarını təkzib edir
“Polşa hökumətinin etdiyi hər şey dəlilikdir”
Belarus prezidenti Aleksandr Lukaşenko, CNN -ə verdiyi müsahibəsində, Belarus tərəfinin qərbə qaçqın axınının artmasına kömək etdiyi barədə Polşa rəhbərliyinin bəyanatlarını təkzib edib.
Qazet.az xəbər verir ki, bu barədə BelTA xəbər agentliyi məlumat yayıb.
"Bu insanları Polşa sərhədinə göndərdiyim ilə bağlı fakt varmı? Yox, sizdə də belə fakt ola bilməz", - deyə Belarus prezidenti qeyd edib.
Belarus lideri, CNN müxbiri Metyu Şansın Polşa rəsmilərinin iddia etdiyi məsələlərlə bağlı suala da sərt reaksiya verib. Sual isə iddialara əsasən qaçqınların narkotik vasitələrlə aparılması və sərhədə zorla gətirildiyi ilə bağlı olub.
"Bu dəlilikdir. Polşa hökumətinin etdiyi hər şey dəlilikdir. Siz deyirsiniz ki, biz insanlara narkotik veririk? Faktları göstərin! Belə faktlar varsa, məsuliyyəti mən daşıyacağam", - deyə Belarus prezidenti vurğulayıb.
Sonda isə o bu məsələlərin həllində Belarusun səylə çalışmağa hazır olduğunu deyib.
"Bu kimi halları həll etmək lazımdır. Niyə sərhəddə baş verənləri həll etmək istəmirsiniz? Biz Belarus olaraq buna hazırıq" deyib.
-