Bakı 15˚C Partly sunny

Lukaşenko Roma Papasını Belarusa dəvət edib

Xəbərlər 11:52 17 dek, 2022
Lukaşenko Roma Papasını Belarusa dəvət edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Roma Papası Fransiski və onun nümayəndələrini Belarusa dəvət edib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, A.Lukaşenko dünya problemlərinin həlli ilə bağlı katolik kilsəsinin lideri ilə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib.

O, həmçinin bütün məsələlərlə bağlı açıq və dürüst dialoqa görə Roma Papası Fransiskə təşəkkür edib.

Belarus dövlət başçısı vurğulayıb ki, həm Belarus, həm də Vatikan mövcud böhranın davamlı həllini tapmaq üçün çox işlər görür və birlikdə daha da böyük işlər görülməlidir.