Bakı 13˚C Intermittent clouds

Lukaşenko Türkiyə və Pakistana səfər edəcək

Gündəm 18:20 13 okt, 2022
Lukaşenko Türkiyə və Pakistana səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko Pakistan və Türkiyəyə səfər etməyi planlaşdırır.

Qazet.az xəbər verir ki, bu barədə cümə axşamı Belarus liderinin mətbuat katibi Natalya Eysmont Belarus liderinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Pakistanın baş naziri Şahbaz Şərif və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarının yekunlarına dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, Lukaşenkonun Pakistana səfəri daha əvvələ planlaşdırılsa da, onların həyata keçirilməsində ləngimə olub.

Belarus dövlət başçısının Türkiyəyə səfər təklifi isə onun Ərdoğanla bugünkü görüşü zamanı Türkiyə Prezidenti tərəfindən səsləndirilib.