Lukaşenko və Merkel arasında telefon danışığı olub
Gündəm
12:35 16 noy, 2021
Bu, Lukaşenkonun 2021-ci ilin avqustundan sonra bir Qərb lideri ilə ilk görüşü idi.
Belarus və Almaniya rəsmiləri arasında baş tutan dialoqda Polşa sərhəddindəki qaçqın böhranı əsas müzakirə mövzusu olub.
Qazet.az “Reuters”ə istinadən xəbər verir ki, tərəflər arasında telefon danışığı 50 dəqiqəyə yaxın davam edib.
Belarus prezidenti Aleksandr Lukaşenko və Almaniya kansleri Angela Merkel sərhəddəki qaçqın probleminin həlli və humanitar yardımın göstərilməsi barədə məsləhətləşmələr aparıblar.
Onlar həmçinin qaçqın böhranının genişlənməsinin qarşısının alınmasından ötrü müvafiq addımların atılmasını müzakirə etmiş, gələcəkdə daha çox təmasların qurulması üçün razılıq əldə etmişlər.