Lukaşenkodan İNANILMAZ QƏRAR: Qiymət artımını qadağan etdi
Gündəm
16:54 06 okt, 2022
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki məhsulların qiymətlərinin artırılmasını qadağan edib.
Qazet.az xəbər verir ki, Lukaşenko iqtisadiyyatdan məsul şəxslərlə görüşü zamanı onlara bu barədə xəbərdarlıq edib. O deyib:
“Ayın 6-dan etibarən qiymətlərdə hər hansı artımın edilməsi qadağandır. Qa-da-ğandır!. Bu gündən etibarən. Sabahdan etibarən deyil, bu gündən etibarən. Beləliklə, qiymətlər bu gün də artırıla bilməz. Mühasibatlıqda geriyə bəzi hesablamalar aparanların, yenidən hesablamalara əl atanların vay halına.