LUKOIL şirkəti Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft ixracını dayandırıb
Biznes
18:32 30 noy, 2022
LUKOIL dekabr ayında Qərbin sanksiyaları ilə əlaqədar Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Xəzərdəki yataqlarından neft ixracını dayandıracaq və axını Xəzər Boru Kəməri Konsorsiumu sisteminə yönəldəcək.
“Rusiya nefti BTC vasitəsilə çatdırılmayacaq, buna səbəb sanksiyalardır”, - mənbələrdən biri bildirib. Digər mənbələr qərarın BTC-nin Qərb səhmdarları tərəfindən verildiyini bildirir.
Qazet.az xəbər verir ki, dekabrın 5-dən avropalı müştərilərə Rusiya neftini almaq və nəql etmək qadağası qüvvəyə minir.