Bakı 13˚C Mostly sunny

Lüksemburq yığması Azərbaycanla oyun üçün heyətini açıqlayıb

Gündəm 16:57 04 noy, 2021

Baş məşqçi Lük Holts 23 futbolçuya dəvət göndərib

Lüksemburq yığması Azərbaycanla oyun üçün heyətini açıqlayıb

2022-ci il dünya çempionatının seçmə oyununda Azərbaycan və İrlandiya ilə üz-üzə gələcək Lüksemburq yığmasının heyəti açıqlanıb.

Qazet.az-ın məlumatına görə, baş məşqçi Lük Holts 23 futbolçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: Timoti Martin, Antoni Moris, Tim Kips

Müdafiəçilər: Leandro Barreyro, Florian Bonert, Kristofer Martins, Matias Olesen, Dioqo Pimentel, Danel Sinani, Aldin Skenderoviç, Olivye Till, Sebastyan Till

Yarımmüdafiəçilər: Dirk Karlson, Maksim Şanot, Loren Yans, Kevin Malqet, Mika Pinto, Vahid Selimoviç, Erik Veyqa

Hücumçular: Yvandro Borqes, Mauritse Davill, Maykl Omosanya, Gerson Rodriges.

Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.