Bakı 31˚C Sunny

Lüksemburqlu oyunçu ata olacağı üçün Azərbaycanla oyunu buraxacaq

Gündəm 17:44 04 noy, 2021

Bu barədə komandanın baş məşqçisi Lük Holts mətbuat konfransında bildirib

Lüksemburqlu oyunçu ata olacağı üçün Azərbaycanla oyunu buraxacaq

Lüksemburq yığmasının qapıçısı Ralf Şonun Azərbaycan millisinə qarşı 2022-ci il dünya çempionatının seçmə oyunu üçün heyətə salınmasının səbəbi bəlli olub.

Qazet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Lük Holts mətbuat konfransında bildirib.

Holts 31 yaşlı qolkiperin tezliklə ata olacağı üçün toplanışa qatılmayacağını söyləyib: "Şon həyat yoldaşının yanında olmaq istədiyindən, Azərbaycana səyahət etməyəcək".

53 yaşlı mütəxəssis Norveçin "Brann" klubunda çıxış edən Lars Jersonun zədəli olduğunu xatırladıb: "Bu, həm futbolçu, həm də bizim üçün yaxşı hal deyil. Çünki mən onu özümlə aparmaq istəyirdim. Jerson ən qısa zamanda sıraya dönməkdən ötrü çalışmalıdır".

Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.