Bakı 13˚C Sunny

Macarıstan daha əfqan qaçqın qəbul etməyəcək - nazir

Siyasət 09:43 24 sen, 2021

"Artıq Əfqanıstanlı miqrantlar yoxdur"

Macarıstan daha əfqan qaçqın qəbul etməyəcək - nazir

Rəsmi Budapeştin Əfqanıstandan hər hansı qaçqını qəbul edib-etməyəcəyi ilə bağlı verilən suala Macarıstanın XİN rəhbəri açıq tərzdə yox cavabı verib. 

Qazet.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Şijarto TASS agentliyinə müsahibəsində bildirib ki, Macarıstan bir daha ölkəyə əfqan qaçqını buraxmayacaq.

"Xeyr, qətiyyən yox. Əsgərlərimizlə birlikdə işləyən, əsgərlərimizə kömək edən əfqanları təxliyə etdik və bununla da təxliyə işləri bitdi."

"Artıq Əfqanıstanlı miqrantlar yoxdur", - deyə nazir əlavə edib. Şijarto bildirib ki, Avropa Birliyi 2015 -ci ildə edilən səhvləri təkrarlamaqdadır. 

"2015-ci ildə cənub sərhədlərimizdə hər kəs Suriyalı idi, indi isə hamısı əfqanlardır, bu qəbul edilməzdir" deyə o nazir vurğulayıb.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.