Macarıstan Rusiyadan əlavə qaz alacaq
Xəbərlər
08:31 01 sen, 2022
Macarıstan Rusiyanın "Qazprom" şirkəti ilə razılaşma əldə edib.
Qazet.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyaro məlumat verib.
Onun sözlərinə görə, yeni razılaşmaya əsasən, sentyabrın 1-dən etibarən Macarıstana müqavilədə nəzərdə tutulandan əlavə 5,8 milyon m³ təbii qaz ötürüləcək.