Macarıstan XİN : "Ukrayna NATO-ya üzvlüyə uyğun meyarlara cavab vermir"
Bu sözləri Macarıstanın xarici işlər naziri Peter Şijarto TASS agentliyinə verdiyi müsahibəsində bildirib
“Ukrayna indiyə qədər NATO -ya üzv olmaq üçün tələb olunan demokratik standartlara cavab vermir.”
Qazet.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Şijarto TASS agentliyinə verdiyi müsahibəsində bildirib.
Ukraynanın NATO-ya qəbul edilib-edilməyəcəyi ilə bağlı suala isə "belə bir məsələdən danışmaq üçün Ukraynanın hazırda sahib olmadığı demokratik standartlara çatması lazımdır" deyə o vurğulayıb.
Şijarto, Budapeştin Kiyevlə razılaşmadığı məsələlərdən biri olan milli azlıqların hüquqları məsələsinin Macarıstan üçün çox əhəmiyyətli olduğunu söyləyib. “Azlıqların hüquqlarının pozulmasını heç vaxt qəbul etməyəcəyik. Həmişə milli azlıqların hüquqlarına hörmət tələb edəcəyik. Bu məsələ həll olunmadığı müddətcə çox çətin vəziyyət yaradır” deyə nazir əlavə edib.
-