Macarıstanda koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib
Gündəm
11:15 29 okt, 2021
Bu barədə Macarıstan hökumətinin rəsmi sözçüsü Zoltan Kovacs bildirib
Macarıstan hökuməti koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar bir sıra yeni məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.
Qazet.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin rəsmi sözçüsü Zoltan Kovacs bildirib.
Belə ki, noyabrın 1-dən etibarən ictimai nəqliyyatda maskadan istifadə, işçilərin məcburi peyvəndi, tibb müəssisələrinə baş çəkmək qadağası tətbiq ediləcək.
Bununla yanaşı, peyvənddən imtina edildikdə, işçi ödənişsiz məzuniyyətə göndərilə və bir ildən sonra işdən çıxarıla bilər. İstisna yalnız tibb müəssisələrinə aiddir.
Macarıstanda pandemiya başlayandan 850 mindən çox COVID-19-a yoluxma aşkar edilib, 30,6 mindən çox insan ölüb.