Bakı 11˚C Partly sunny w/ showers

Macarıstanla əməkdaşlıq perspektivləri müzakirə olundu

Siyasət 15:59 11 noy, 2022
Macarıstanla əməkdaşlıq perspektivləri müzakirə olundu

Elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb.

Bu barədə Qazet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir Macarıstan hökumətinin “Stipendium Hungaricum” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarına ayırdığı təhsil təqaüdünə görə səfirə təşəkkürünü bildirib, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluğunu ifadə edib.

Görüş zamanı tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.