Bakı 25˚C Partly sunny

Madaqaskarda gəmi qəzası nəticəsində 17 nəfər ölüb

Cəmiyyət 01:39 21 dek, 2021

İdarənin nümayəndələri bildiriblər ki, bu, sərnişin daşımaq üçün lisenziyası olmayan taxta gəmidir. .

Madaqaskarda gəmi qəzası nəticəsində 17 nəfər ölüb

Madaqaskar sahillərində gəminin batması nəticəsində azı 17 nəfər ölüb, 60-a yaxın adam itkin düşüb.

Qazet.az xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli Dəniz və Çay Administrasiyasına (APMF) istinadən məlumat yayıb.

İdarənin nümayəndələri bildiriblər ki, bu, sərnişin daşımaq üçün lisenziyası olmayan taxta gəmidir. İlkin məlumatlara görə, bazar ertəsi səhər onun mühərriki sıradan çıxıb, bundan sonra gəmi sürüklənərək mərcan rifinə çırpılıb.

"Gəmidə 130 sərnişin olub, onlardan 45-i xilas edilib. Axtarış əməliyyatları davam edir", - APMF-nin baş direktoru Jan Edmond Randrianantenayna bildirib.