Bakı 12˚C Cloudy

Mağazada nöqsanlar aşkarlandı

Cəmiyyət 12:15 09 yan, 2023
Mağazada nöqsanlar aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Qazet.az-a verilən məlumata görə, Gəncə şəhərində Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində “Promart” MMC-yə məxsus “Bolmart” mağazasında yoxlama aparılıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, un qənnadı məmulatlarının qablaşdırılmasında etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla bağlı mağazanın hüquqi nümayəndəsi barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq edilib və icrası məcburi göstərişlər verilib.