Mağazalardakı kassa çekləri TƏHLÜKƏLİDİR – Səbəbi AÇIQLANDI
Alimlər aydınlaşdırıblar ki, çeklərin təhlükəsi orqanizm üçün onların zəhərli olmasıdır.
Bu gün çeklərin alternativi hələ yaranmayıb, ona görə də hər gün insanlar bu təhlükəli ixtiraya toxunmalı olurlar.
Alimlər aydınlaşdırıblar ki, çeklərin təhlükəsi orqanizm üçün onların zəhərli olmasıdır.
Bu maddələr çox zəhərlidir. Çeki əlinizdə cəmi 5 saniyə saxlamaq kifayətdir, bu 1 mkq təhlükəli zəhərin dəriyə nüfuz etməsi üçün kifayət edəcək.
Əllər nəm və ya yaş olarsa, çekin özü islanarsa, doza dəfələrlə artacaq.
Bu istiqamətdə araşdırmalar davam edir, elm adamları bu zəhərin kiçik bir konsentrasiyasının belə sağlamlıq üçün təhlükəli olduğuna inanmağa meyllidirlər.
Maddə qadın cinsi hormonu estrogen ilə struktur oxşarlığına malikdir, bu, insanın beyninə və reproduktiv sisteminə mənfi təsir göstərir. Bundan əlavə, maddə onkoloji xəstəliklərə səbəb ola bilər.
Alimlər bisfenolun A-nın beyin inkişafının gecikməsinə, autizmə, şəkərli diabetin inkişafına gətirib çıxardığını istisna etmirlər.
Bir çox ölkələrdə bu maddə artıq təhlükəli kimyəvi maddələr siyahısına daxil edilib. (lent.az)