Bakı 25˚C Partly sunny

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ!

Cəmiyyət 16:51 19 dek, 2021

Sınaq imtahanlarına qeydiyyat linkləri Mərkəzin saytında yerləşdirilib

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı, həmçinin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı keçirəcək.

Qazet.az DİM-ə istinadən xəbər verir ki, sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat dekabrın 20-si saat 9:00-da bitəcək.

Sınaq imtahanlarına qeydiyyat linkləri Mərkəzin saytında yerləşdirilib.