Mahir Emreli: "Baş verənlərə görə qəzəblənirəm"
Qarşılaşma haqqında çox danışmaq istəmirəm

"Ekstraklasada keyfiyyətli oyuna ehtiyacımız var. Döyüşmədən, qaçmadan bu çempionatda nə isə qazanmaq çətindir. Bütün komandalar hücum etməyi, müdafiə olunmağı bacarır. Üç xal üçün çox səy göstərməlisiniz. Burada ən vacibi sonadək çalışmaq və mübarizə aparmaqdır. Döyüşkən ruh olmasa, bəzən keyfiyyət də kömək etmir".
Qazet.az-ın məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli X turda səfərdə “Lexiya” (Qdansk) komandasına 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
24 yaşlı hücumçu bildirib ki, məğlubiyyətin səbəblərini izah etmək çətindir: "Baş verənlərə görə üzülür və qəzəblənirəm. Qarşılaşma haqqında çox danışmaq istəmirəm. Oturub səhvləri analiz etməli, işləməliyik. Başqa heç nə deyə bilmərəm".
Emreli digər turnirlərdə çempionatdakından daha fərqli oynadıqlarını etiraf edib: "Matç zamanı da bu barədə düşünürdüm. Cümə axşamı Avropa Liqasında İngiltərə "Lester"inə qarşı mövsümdə ən yaxşı matçlarımızdan birini sərgiləyirik, indi isə zəif təsir bağışlayırıq. Hazırda oyunu təkrar izləmədiyim üçün heç nə deyə bilməyəcəyəm. Meydanda hər şey tam fərqli görünür. Düşünürəm ki, son iki görüşü təhlil etməliyik. Yalnız bundan sonra işimizi davam etdirə biləcəyik. Məğlubiyyətə görə məyusam. Liqada yaxşı vəziyyətdə deyilik. Bunun səbəblərini həqiqətən bilmirəm. Mənim üçün bu barədə danışmaq çətindir".