Bakı 15˚C Intermittent clouds

Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

İdman 10:45 12 yan, 2023
Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Azərbaycan millisinin futbolçusu Mahir Emreli mövsümün ikinci dövrəsindən Xorvatiyanın “Dinamo” klubunun əsas oyunçusu olacaq.

Qazet.az  “index.hr” saytına istinadən xəbər verir ki, Zaqreb klubunun baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçu ilə bununla bağlı söhbət edib.

Çalışdırıcı Mislav Orşiçin İngiltərə klubu “Sauthempton”a transferindən sonra onun boşluğunu Emreli ilə doldurmaq fikrinə düşüb. Bildirilib ki, Türkiyə klublarından təklif alan forvard baş məşqçi ilə söhbətdən sonra qalmaq qərarına gəlib.

Qeyd edək ki, Mahir Emreli “Dinamo”nun heyətində keçirdiyi 20 oyunda 5 qol vurub.