Mahir Emreli koronavirusa yoluxduğu üçün Serbiya ilə oyunu buraxacaq
Gündəm
11:22 12 okt, 2021
Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb
Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.
Qazet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb.
UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.
Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.