Bakı 3˚C Partly sunny

Mahir Emreli "Legiya"dan ayrılmaq istəyir - BU SƏBƏBDƏN

İdman 13:08 14 dek, 2021

 Mahir Emreli Polşanın "Legiya" klubundan ayrılmaq istədiyini  bildirib

Mahir Emreli "Legiya"dan ayrılmaq istəyir <span style="color:red">- BU SƏBƏBDƏN</span>

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubundan ayrılmaq istəyir.

Qazet.az xəbər verir ki, 24 yaşlı hücumçu Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmaq qərarına gəlib.

Forvard müqaviləni ləğv etmək şanslarının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə saxlayıb. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya da yollanıb.

Emrelinin növbəti tur "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.

Qeyd edək ki, fanatlar "Visla" ilə görüşdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb. (report)