Bakı 14˚C Mostly cloudy

Mahir Emreli Polşadan ayrıldı

İdman 11:43 20 dek, 2021

"Legiya" klubunda çıxış edən Mahir Emreli Polşadan ayrılıb

Mahir Emreli Polşadan ayrıldı

"Legiya" klubunda çıxış edən Mahir Emreli Polşadan ayrılıb.

Qazet.az xəbər verir ki, o bu barədə instaqram hesabından paylaşım edib.

Hava limanından foto paylaşan Emreli postda "family coming first" (ailə birinci gəlir) yazıb. 

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşafa təmsilçisindən ayrılacağı gözlənilir.