Bakı 26˚C Intermittent clouds

Mahir Emreli: "Təkəbbürlü görünmək istəmirəm"

Gündəm 20:10 20 okt, 2021

24 yaşlı hücumçu polşalı oyunçunun əla texnikaya malik olduğunu söyləyib

Mahir Emreli: "Təkəbbürlü görünmək istəmirəm"

"Onu Avropa çempionatı vaxtı görmüşəm. Amma daha əvvəl tanımırdım. Komanda yoldaşlarım dedi ki, "Napoli"də çıxış edir".

Qazet.az məlumatına görə, bunu Polşa "Legiya"sının futbolçusu Mahir Emreli İtaliyada "Napoli"yə qarşı keçirəcəkləri UEFA Avropa Lqiasının qrup oyunundan öncə Neapol təmsilçisinin yarımmüdafiəçisi Pyotr Zelinski barədə "sport.se.pl" saytına açıqlamasında deyib.

24 yaşlı hücumçu polşalı oyunçunun əla texnikaya malik olduğunu söyləyib: "Onun səviyyəli futbolçu olduğunu bilirəm. Ümid edirəm ki, öz həmyerlilərinə qol vurmaz".

Jurnalistlərlə münasibətlərindən də söz açan Azərbaycan millisinin forvardı bildirib ki, media nümayəndələrinin baş məşqçilər və oyunçulara irad tutmağa çalışması xoşuna gəlmir: "Futbolçular jurnalistlərə mühazirə oxumurlar. Problemlərimiz haqqında yaxşı tonda danışa bilərik. Mənə nəyisə deyə bilərsiniz, sizi dinləyərəm. Amma təkəbbürlü görünmək istəmirəm. Axı, mənim işim meydandadır".

Qeyd edək ki, oktyabrın 21-də oynanılacaq "Napoli" - "Legiya" qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.