Bakı 18˚C Partly sunny w/ showers

Mahir Emrelinin daha böyük liqaya keçəcəyi gözlənilir

Gündəm 10:35 13 sen, 2021

"Sport1.oslobodjenje" nəşri bir neçə oyunçunu xüsusi fərqləndirib

Mahir Emrelinin daha böyük liqaya keçəcəyi gözlənilir

Yay transfer dönəmində Polşa klublarına keçən futbolçuların çıxışları dəyərləndirilib.

Qazet.az-ın məlumatına görə, "Sport1.oslobodjenje" nəşri bir neçə oyunçunu xüsusi fərqləndirib.

Onların arasında "Qarabağ"dan "Legiya"ya keçən Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb. 24 yaşlı forvard Ekstraklasada çıxış edən ən yaxşı futbolçular sırasında göstərilib.

Nəşr Emreli ilə yanaşı bir neçə oyunçunun bu ölkədə çox qalmayacağını bildirib. "Rakuv"dan qapıçı Vladan Kovaçeviç və Mahir Emrelinin yüksək məbləğ qarşılığında daha böyük çempionata keçəcəyi proqnozlaşdırılıb.

Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə 2+1 illik müqavilə imzalayıb.