Mahir Emrelinin klubu Polşa çempionatında ardıcıl 5-ci matçında uduzub
İdman
00:55 01 noy, 2021
Qeyd edək ki, bu, "Legiya"nın çempionatda ardıcıl 5-ci, ümumilikdə isə 8-ci məğlubiyyətidir.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın heyətində Polşa çempionatında növbəti oyununu keçirib.
Qazet.az-ın məlumatına görə, Varşava təmsilçisi XIII turda "Poqon"u qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli start heyətində çıxış edib və 61-ci dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra "Legiya" 11 oyundan 9 xalla 18 komanda arasında 16-cı yerdə qərarlaşıb. "Poqon" isə 25 xalla 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, bu, "Legiya"nın çempionatda ardıcıl 5-ci, ümumilikdə isə 8-ci məğlubiyyətidir.