Bakı 13˚C Sunny

Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

İdman 22:17 06 yan, 2023
Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mislav Orşiç İngiltərə "Sauthempton"una keçib.

Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Bu, Premyer Liqa təmsilçisinin qış fasiləsində ilk transferi olub.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun formasını geyinir. Orşiçin gedişindən sonra 26 yaşlı forvardın əsas heyətdə daha çox meydana çıxacağı gözlənilir.