Bakı 20˚C Sunny

Mahir Emrelinin komandası növbəti oyununu keçirəcək

İdman 15:20 12 mar, 2022

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək

Mahir Emrelinin komandası növbəti oyununu keçirəcək

Azərbaycan millisinin futbolçusu Mahir Emnrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiya çempionatında növbəti oyununu keçirəcək.

Qazet.az-ın məlumatına görə, son ölkə çempionu XXVII turda "Hayduk"un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç matçdan əvvəl keçirdiyi mətbuat konfransında derbidə Emreliyə şans verəcəyini bildirmişdi.

Qeyd edək ki, hazırda 53 xalı olan "Dinamo" "Osiyek"lə birlikdə ilk iki pilləni bölüşdürür. Komanda rəqibi ilə müqayisədə bir oyun az keçirib. "Hayduk" isə 48 xalla 4-cü sırada qərarlaşıb.