Bakı 22˚C Sunny

Mahir Emrelinin komandası üçün son şans

İdman 13:25 09 dek, 2021

Mahir Emrelinin çıxış etdiyi “Legiya” komandası Moskva “Spartak”ı ilə üz-üzə gələcək

Mahir Emrelinin komandası üçün son şans

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçiriləcək.

Qazet.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” komandası doğma meydanda Moskva “Spartak”ını qəbul edəcək.

Qrupun digər matçında “Napoli” “Lester Siti” ilə üz-üzə gələcək. Qrupda hər bir komandanın pley-off mərhələsinə yüksəlmək şansı var.