Mahir Emrelinin komandası Xorvatiya çempionu oldu
Beləliklə, “Dinamo” tarixində 23-cü dəfə ölkə çempionu olub. M.Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.
Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.
“Qazet.az” xəbər verir ki, komanda bu gün 35-ci turda səfərdə “Sibenik”ə 2:0 hesabı ilə qalib gələrək buna nail olub. Bu qələbə ilə xalını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi “Hayduk” üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib. Mahir sözügedən görüşdə sonadək ehtiyatda qalıb.
“Sibenik” - “Dinamo” (Zaqreb) - 0:2
Qollar: Toliç, 40, Boçkay, 53
Beləliklə, “Dinamo” tarixində 23-cü dəfə ölkə çempionu olub. M.Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.