Mahsun Kırmızıgüldən böyük qayıdış - 16 ildən sonra yeni albom
Bu sözləri məşhur müğənni və aktyor Mahsum Kırmızıgül
16 ildən sonra "Xoş gəldin" deyərək sizinlə görüşəcəyim anı gözləyirəm. "Xoş gəldin" adlanan albomumuz bütün dünyada 2022-ci ildə işıq üzü görən ilk albom olacaq. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:01-də çıxacaq albom A1 Music etiketi ilə musiqi bazarlarında və bütün rəqəmsal platformalarda yerini alacaq.
Qazet.az xəbər verir ki, bu sözləri məşhur müğənni və aktyor Mahsum Kırmızıgül deyib.
O, bildirib ki, mahnıların səsyazması Praqa və İstanbulda baş tutub. Albomda ifaçını Praqa Simfonik Orkestri və İstanbul Simfonik Orkestrinin musiqiçiləri müşayiət edib:
“Albomdakı mahnıları göy qurşağının rənglərinə bənzədirəm. Müxtəlif musiqi janrlarını özündə birləşdirən albomla qarşılaşacaqsınız. Bu albomda 2 illik zəhmət, səbr və ən əsası böyük fədakarlıq var. 16 ildən sonra sadəcə bir mahnı ilə pərəstişkarlarımın qarşısına çıxmaq istəmədim. Əziz musiqisevərlər, 2022-ci ilin ilk dəqiqələrindən sizinlə tanış olacağıq. Ayrı olduğumuz hər il üçün bir mahnı ilə qayıdıram. Musiqi və dəyərli dinləyicilərim üçün çox darıxmışam. İndi geri sayım başlayıb”.