Mair Ələkbərova Prezidentin fərdi təqaüdü təyin olunub
Gündəm
18:09 04 noy, 2021
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Mair Manaf oğlu Ələkbərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Qazet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Ona Azərbaycan Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafında uzunmüddətli və səmərəli xidmətlərinə görə Prezident təqaüdü təyin olunub.