Makqreqor idmana qayıdacağını açıqladı
İdman
00:13 01 noy, 2021
Xatırladaq ki, Konor Makqreqor iyulda UFC turnirində amerikalı Dastin Porye ilə döyüşdə ayağını sındırmışdı. Turnirdən sonra idmançı əməliyyat edilmişdi.
İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor yaxın zamanda idmana qayıdacağını elan edib.
Qazet.az xəbər verir ki, tanınmış döyüşçü bu barədə özünün İnstaqram səhifəsində paylaşım edib.
33 yaşlı irlandiyalı məşqdən video payalaşaraq, bunları yazıb:
"Həkimlər və komandama təşəkkür edirəm ki, əməliyyatdan sonra belə irəliləyişə nail ola bildik. Qarşıda hələ çox iş var. İdman tarixinin ən böyük geri dönüşünü gözləyin".
Xatırladaq ki, Konor Makqreqor iyulda UFC turnirində amerikalı Dastin Porye ilə döyüşdə ayağını sındırmışdı. Turnirdən sonra idmançı əməliyyat edilmişdi.