Bakı 19˚C Sunny

Makron Azərbaycan dilində paylaşım etdi - FOTO

Gündəm 18:48 16 dek, 2021

Fransa liderinin Azərbaycan dilində paylaşımı diqqət çəkib

Makron Azərbaycan dilində paylaşım etdi - <span style="color:red">FOTO</span>

Fransa prezidenti Emmanuel Makron ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Qazet.az xəbər verir ki, Fransa liderinin paylaşımı Azərbaycan dilində etməsi diqqət çəkib.

“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik” - deyə Fransa prezidenti bildirib.