Makron festivalda təhqir edildi
Xəbərlər
06:17 29 avq, 2022
![Makron festivalda təhqir edildi](https://qazet.az/resized/fit900x500/center/pages/99230/images-0.jpg)
Fransa Prezidenti Emmanuel Makron və xanımı Tuke kommunasında keçirilən musiqi festivalında gözlənilməz hadisə ilə qarşılaşıb.
Qazet.az xəbər verir ki, dövlət başçısı və xanımı “Touquet Music Beach” musiqi festivalında iştirak etmək üçün tədbirin keçirildiyi çimərliyə gəlib.
Onlar xüsusi ayrılmış yerə keçən zaman tanınmış caz ustası Mark Rebiye dövlət başçısının ünvanına qeyri-etik ifadələr işlədib.
Festivalın təşkilatçılarının caz ustasını sakitləşdirmək cəhdləri fayda verməyib.